RU

Məmur öz kabinetində öldürüldü – Türkiyədə

Balıkəsirdə Mərmərə rayonunda əkinçilik üzrə rayon müdir müavini Murat Yakupoğlu iş otağında silahla hücuma məruz qalıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yakupoğlunun başına 5 güllə dəyib. Qətldən sonra şübhəli yoxa çıxsa da, hadisənin səbəbi bəlli olub.

Hadisə Rayon Kənd Təsərrüfatı Müdirliyinin Hökumət küçəsində yerləşən binasında baş verib. Murat Yakupoğlunun cəsədi prokurorun müayinəsindən sonra yarılmaq üçün Bursa Ədliyyə Tibb Qurumuna göndərilib.

Murat

Qətllə bağlı istintaq başlanıb. İlkin ehtimallara görə, cinayətdə şübhəli bilinən Səlcuq A. Murat Yakupoğlunu keçmiş həyat yoldaşı ilə evlənəcəyi ilə bağlı şayiələrə görə öldürüb.

Murat

Rəsmiyyə Şərifova,

KONKRET.az

Избранный
32
konkret.az

1Источники