RU

AİB-in Azərbaycan üzrə yeni ölkə direktoru vəzifəsinin icrasına başlayır

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Sunniya Durrani-Camalı Azərbaycan üzrəyeni ölkə direktoru təyin edib. O, bu gün Azərbaycandakı daiminümayəndəliyində rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

AİB-dən Trend-əverilən məlumata görə, xanım Durrani-Camal AİB-in Azərbaycandakıfəaliyyətinə rəhbərlik edəcək və bankın hökumət və digər maraqlıtərəflərlə əlaqələrini idarə edəcək. O, həmçinin, bankın yeni ölkətərəfdaşlığı strategiyasının (CPS) hazırlanmasına və həyatakeçirilməsinə nəzarət edəcək. Yeni tərəfdaşlıq strategiyası AİB-inAzərbaycandakı mövcud fəaliyyətinə əsaslanacaq. Sənədin əsas diqqətmərkəzində olan strateji sahələr hökumətin inkişaf strategiyası vəAİB-in 2030-cu il Strategiyası ilə uyğunluq təşkil edəcək.

“Zəngin mədəniyyətə və əhəmiyyətli iqtisadi potensiala malikolan Azərbaycanda AİB-in səylərinə rəhbərlik etmək mənim üçünşərəfdir”, - deyə xanım Durrani-Camal bildirib. “Prioritetvəzifələrim AİB-in hökumətlə davamlı əməkdaşlığını genişləndirmək,iqtisadiyyatın şaxələndirilməsinə və Azərbaycanda insanların həyatkeyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. Bura bərpa olunanenerji layihələrinin genişləndirilməsi, iqlim dəyişikliyininhəllinə yönəlmiş məsələlər, habelə bu Qafqaz ölkəsində özəlsektorun idarə etdiyi yaşıl iqtisadiyyata keçidə töhfə verməkdaxildir”.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair MilliPrioritetlər” - Azərbaycanın 10 illik inkişaf strategiyası ölkənindayanıqlı və rəqabətədavamlı iqtisadiyyatının inkişafı, inklüzivcəmiyyətin dəstəklənməsi, insan kapitalının təkmilləşdirilməsi,yaşıl inkişafa keçid və infrastrukturun yaxşılaşdırılması üzrəambisiyalarını əks etdirir.

Asiya və Sakit Okean regionunun iqlim bankı kimi AİB, həmçiningələn ay Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının iqlimsammiti ərəfəsində potensialın gücləndirilməsi də daxil olmaqlaAzərbaycanın COP29-a sədrliyini dəstəkləyir.

Xanım Durrani-Camal 25 ildən çox peşəkar təcrübəyə malikdir,onun 16 ilini əsasən rəhbər vəzifələrdə olmaqla AİB-də çalışıb. O,AİB-in Kamboca üzrə ölkə direktoru, bankın Şərqi Asiya, Cənub-ŞərqiAsiya və Sakit okean regionu üzrə vitse-prezidentinin başməsləhətçisi, həmçinin baş iqtisadçı kimi müxtəlif vəzifələrdəçalışıb.

Xanım Durrani-Camal Böyük Britaniyanın Sussex Universitetindəniqtisadiyyat (İnsan kapitalının İnkişafı) üzrə magistr dərəcəsi vəPakistanın Quaid-i-Azam Universitetindən iqtisadiyyat elmləri (pulsiyasəti) üzrə magistr dərəcəsinə malikdir. O, AİB-in Azərbaycannümayəndəliyində 2021-ci ildən bu vəzifəni icra edən ölkə direktoruCandice McDeigan-ı əvəz edir.

Azərbaycanın banka üzv olduğu 1999-cu ildən etibarən AİB dövlətvə özəl sektora, o cümlədən nəqliyyat, enerji, səhiyyə və kəndtəsərrüfatı sahələrinə 5 milyard dollardan çox vəsait ayırıb.

AİB ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davametdirməklə yanaşı, firavan, əhatəli, davamlı və dayanıqlı Asiya vəSakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir. AİB 1966-cıildə yaradılıb, 49-u regiondan olmaqla bankın 69 üzvü onunsəhmdarlarıdır.

Избранный
15
9
az.trend.az

10Источники