RU

Adam dörd ayının hücumundan sağ çıxıb

ABŞ-da 74 yaşlı kişi üç balası ilə ana ayının hücumundan sağ çıxa bilib.

Editor.az bu barədə The Guardian-a istinadla xəbər verir. Hadisə Koloradoda baş verib. Meşə ovçuları axşam saatlarında bir az açıq qalan qapıdan evə daxil olublar. Qoca kişi ayını stulla qovmağa çalışsa da, ayı onu divara ataraq başını, boynunu, qarnını, qollarını və ayaqlarını yaralayıb. Kişi daha sonra yataq otağına qapanmağı bacarıb. Ayılar şərifin müavini tərəfindən çıxarılıb və daha sonra tibb işçiləri zərərçəkənə tibbi yardım göstəriblər. Daha sonra ayılar kişinin evinin yaxınlığındakı ağaclarda tapılaraq məhv edilib.

Nəşr qeyd edir ki, bu, bu il Koloradoda ayı hücumu ilə bağlı qeydə alınan ilk hadisədir.

//Gülnarə Abasova, Editor.az

Избранный
14
50
editor.az

10Источники