RU

Nərimanov rayonu ərazisində hərbi sursatlar aşkar edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhərinin Nərimanov rayonu ərazisində hərbi sursatların aşkaredilməsi barədə məlumat daxil olub.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi RiskliXilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupuhadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiqtəhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxışzamanı aşkar edilmiş döyüş tətbiqinə yararlı 40 ədəd 9 mm-likmərmi, 60 ədəd 5x45 mm-lik mərmi və 300 qram barıt XRXX-nin çevikqrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçünərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Nərimanov
Nərimanov
Избранный
10
49
az.trend.az

10Источники