Məşhur kriptovalyuta analitiklərindən biri olan Ali Martinez paylaşdığı altkoin analizləri ilə kriptovalyuta investorlarının diqqətini çəkir.
Kriptovalyutalar haqqında adətən boğa danışan Martinez bu yaxınlarda yeni bir analiz paylaşdı.
Valyuta.az-ın xəbərinə görə, aparıcı memecoin "Dogecoini" (DOGE) araşdıran məşhur analitik, DOGE-nin qarşıdakı dövrdə böyük yüksəlişlər yaşaya biləcəyini iddia edir.
Ali Martinezin paylaşdığı qrafiki araşdırdıqda görürük ki, DOGE 2 dollar səviyyəsini belə keçib. Məşhur analitikin mövzu ilə bağlı paylaşdığı məlumatı təqdim edirik:
“Tarix təkrarlanır və Dogecoin (DOGE) bunu edə bilər.
Bu, tanış nümunədir: onilliklər boyu enən üçbucaqdan çıxmaq, 200 % artım, 60 % geri çəkilmə və sonra buğa mövsümünün başlanması.
Bu yaxınlarda 65 % geri çəkildikdən sonra DOGE növbəti böyük yüksəlişə hazırlaşır.”
"Dogecoin"in (DOGE) əvvəlki buğa mövsümlərinə bənzər bir görünüş yaratdığını ifadə edən Martinez, DOGE-də böyük bir fürsət ola biləcəyini iddia edib.
Əvəz Həsənov