RU

Avropada ən çox qanunsuz miqrant yaşayan ölkələrin ADLARI

Avropada ən çox qanunsuz miqrant Böyük Britaniyada yaşayır.

Modern.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti Oksford Universitetinin mütəxəssislərinin araşdırmasına istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Böyük Britaniyada 745 minə qədər qeyri-qanuni mühacir var ki, bu da Fransadan təxminən iki yarım dəfə çoxdur. Fransada 300 minə yaxın qeyri-qanuni miqrant var.

Bu göstərici üzrə ikinci yeri 700 minə qədər qeyri-leqal miqrantın yaşadığı Almaniya tutur.

İlin əvvəlindən Böyük Britaniyaya 26,6 min qeyri-qanuni immiqrant La-Manş boğazı boyunca şişmə qayıqlarla gəlib ki, bu da eyni dövr üçün 2023-cü ilin göstəricilərindən 5% çoxdur. Oktyabrın 5-də krallığa qeyri-qanuni yollarla 973 nəfər daxil olub - bu il rekord yüksək gündəlik göstəricidir.


Böyük Britaniyada qeyri-qanuni immiqrasiya problemi ölkənin Avropa İttifaqından çıxmasından sonra daha da pisləşib, baxmayaraq ki, bu mövzu Brexit-in əsas səbəblərindən biri idi. 2018-ci ildən bəri 130 minə yaxın qeyri-qanuni immiqrant La-Manş boğazını keçərək krallığa keçib. İyulun 4-də keçirilən parlament seçkilərindən sonra Leyboristlər Partiyasının yaratdığı hökumət Böyük Britaniyaya qanunsuz miqrant axınının qarşısını almaq üçün Avropa İttifaqı dövlətləri ilə əməkdaşlığı gücləndirəcəyini vəd edib.

Избранный
3
6
modern.az

10Источники