RU

Nazim Quliyevin həbsi ilə bağlı YENİ DETALLAR - FOTO

Özünü İdeal Partiyasının sədri kimi təqdim edən, eyniadlı saytın rəhbəri Nazim Quliyevin bir neçə ay əvvəl həbs edilməsi və barəsindəki cinayət işi üzrə bəzi faktlar üzə çıxıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilən Nazim Quliyevdən 5 nəfər şikayətçi olub. Onlar N.Quliyev tərəfindən hədələndiklərini bildiriblər.

Şikayətçilərdən “T-Finans LTD” MMC-nin rəhbəri İlahə İlyasova bildirib ki, Nazim Quliyev onun barəsində və şirkət haqqında həqiqətə uyğun olmayan məlumatlar yayaraq pul tələb edib.

İlahə İlyasova, şikayətçi

İş üzrə ümumilikdə 5 nəfər - İftixar Həsənov, Sülfəddin Şirinov, Natiq Zeynalov, Cəlaləddin Cəfərov və İlahə İlyasova zərərçəkmiş şəxs qismində tanınıb.

Artıq cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, N.Quliyev 2009-cu ildə də rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 11 il sonra - 2020-ci ildə azadlığa buraxılıb.

Kərim Abbaszadə

Избранный
23
1
bakivaxti.az

2Источники