RU

Qubada paraşütlə uçan həkim faciəvi şəkildə öldü - YENİLƏNİB, FOTO

Ötən gün saat 16 radələrində Qubada paraşütlə uçarkən faciəvi şəkildə həyatını itirən Şamo Mehdiyev Xırdalanda diş həkimi işləyirmiş.

Məlumatı “Qafqazinfo” yayıb. 

O həm də həvəskar paraşütçü kimi yamac paraşütü (paraplan) ilə məşğul olurmuş.

***10:23

Qubada paraşütlə uçan şəxs faciəvi şəkildə həyatını itirib.

Korrespondent.az bildirir ki, dünən saat 16 radələrində 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.

Ş.Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.

Qeyd edək ki, o, uzun müddət həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Избранный
2
12
korrespondent.az

10Источники