RU

“Brayton”dan möhtəşəm geridönüş

İngiltərə Premiyer Liqasının 7-ci turunda “Brayton” evində “Tottenhem”lə qarşılaşıb.

Yenisabah.az xəbər verir ki, meydan sahibləri 2-0 geriyə düşdükləri matçda 3-2 hesabı ilə qələbə qazanıb.

Turun son oyununda üz-üzə gələn komandaların matçı olduqca gərgin mübarizə şəraitində keçib. “Tottenhem” Brennen Conson və Ceyms Meddinsonun qolları ilə birinci taymı öndə tamamlayıb. vakansiyalar

İkinci hissədə Yankuba Mintex və Corcinyo Rutterin qolları ilə hesabı bərabərləşdirməyi bacaran meydan sahibləri, 66-cı dəqiqədə Danni Velbekin qolu ilə oyundan qalib ayırılıb. “Brayton”un türkiyəli müdafiəçisi Fərdi Kadıoğlu matçın 45 dəqiqəsi meydanda olub.


Telegram kanalımız
Избранный
8
yenisabah.az

1Источники