RU

Qubada FACİƏ:Paraşütçü həlak oldu

Qubada paraşütçü uçuş zamanı qəza edib.

 

Gundem.az xəbər verir ki, hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib.

 

Belə ki, uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Şamo Salman oğlu Mehdiyev dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

 

Hadisə nəticəsində sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.

 

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.(APA)

Избранный
3
39
gundem.az

10Источники