RU

Yoluxan hər kəsi məhv edən “kabus kimi ölüm”:  Addım-addım yaxınlaşır

Yoluxan Yoluxan hər kəsi məhv edən “kabus kimi ölüm”:

Təhlükəli Marburq qızdırması qonşu Rusiyaya da gətirilə bilər.

E-saglam.az xəbər verir ki, bu barədə rusiyalı infeksionist Andrey Pozdnyakov deyib.

Bununla belə, o, vəziyyətin epidemiyaya çatacağına şübhə edir:

"Rusiya üçün bu ehtimal minimaldır. Virus uçmur, ona görə də qlobal və sürətli epidemiya gözləmək olmaz".

O, həmçinin Afrikadan gələn insanların karantin tədbirləri və yoxlanılması ilə təhlükəsizliyin təmin ediləcəyinə inamını ifadə edib. Eyni zamanda, mütəxəssis Marburq virusunun az bilindiyin və yüksək öldürücülük qabiliyyətinin olduğunu deyib.

Xatırladaq ki, Ruandada Marburq virusu 27 xəstədə təsdiqlənib, onlardan doqquzu ölüb. ÜST virusun regional səviyyədə yayılma riskinin yüksək olduğunu bildirib.

1967-ci ildən bəri çox sayda insan Marburq virusuna yoluxub. Bununla belə, virusun yenidən üzə çıxması və epidemiyaya çevrilməsinin qarşısının alınması üçün artıq lazımi tədbirlərin görüldüyü bildirilir. ÜST virusun təmas yolu ilə ötürüldüyünü və yayıldığını deyir.

Marburq ən ölümcül viruslardan biridir və xəstələrin 88 faizini öldürür.

Marburq virusuna yoluxmuş xəstələrin gözləri içəri çökür, üzləri ifadəsini itirir və onlar “kabus kimi” olurlar. Xəstəlik tez-tez burun, diş ətləri, gözlər və vagina da daxil olmaqla birdən çox yerdən qanaxma ilə müşayiət olunur.

Marburq virusunun səbəb olduğu xəstəlik, birdən yüksək hərarət, şiddətli baş ağrısı və zəifliklə başlayır. Xəstəliyin üçüncü günündə adətən şiddətli ishal, qarın ağrısı, ürəkbulanma və qusma müşahidə olunur. İshal pisləşməyə davam edir, maye itkisi və bir çox metabolik pozğunluqlar baş verir. Xəstələrdə simptomların başlamasından 2-7 gün sonra dəri töküntüləri müşahidə edilir. Ölümcül hallarda bədənin birdən çox hissəsində (diş əti, vagina, bağırsaq) qanaxma müşayiət oluna bilər. /Cebheinfo.az/

E-saglam.az

Избранный
12
3
e-saglam.az

4Источники