RU

Pezeşkianın ofisi qarşısında etiraz edənlər döyüldü

İran Prezidenti Məsud Pezeşkianın Tehrandakı ofisi qarşısında etiraz aksiyası keçirməyə cəhd edən polad sənayesinin təqaüdçüləri döyülüb, bir neçə nəfər yaralanıb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Hüquqlarının pozulması, təqaüd haqlarının ödənilməməsinə etiraz etmək istəyənlərdən bir neçəsi də həbs edilərək naməum yerə aparılıb.

Bundan sonra Əhvaz və Şuş şəhərlərində döyülən və həbs edilənlərə dəstək aksiyası keçirilib.

Adı çəkilən şəhərlərdə polsa sənayesinin təqaüdə çıxmış işçiləri həmkarlarının döyülüb və həbs edilməsinə etiraz edib, Məsud Pezeşkianıseçki qabağı verdiyi vədləri unutmaqda günahlandırıblar.

visiontv.az



Избранный
13
3
visiontv.az

4Источники