RU

Limanlar Rusiyanın qəzalı vəziyyətdə olan gəmisini qəbul etmir

Limanlar

Rusiya gübrəsi ilə dolu “Ruby” yük gəmisinin bir neçə həftədir təmirə ehtiyacı olsa da, Şimali Avropa ölkələrinin limanlarına buraxılmır.

Reyting.az
xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Bildirilir ki, gəmi Maltada qeydiyyatdan keçib, Maltanın “Ruby Enterprise” şirkətinə məxsusdur və BƏƏ-nin “Serenity Shipping” şirkətinə xidmət göstərir. Avqust ayında Rusiyanın Kandalakşa limanını tərk edib və tezliklə quruya çırpılıb. Dəyən zərər Afrikaya səyahəti davam etdirməyə imkan verməyib.

Məlumata görə, gəmi 1-4 sentyabr tarixlərində Norveç limanında olub, orada mütəxəssislər tərəfindən müayinə edilib. Bundan sonra “Ruby” yedək gəmisinin müşayiəti ilə təmir oluna biləcəyi yer axtarmağa göndərilib, lakin digər ölkələr, o cümlədən Böyük Britaniya, Litva və Malta gəmini qəbul etmir.

Nəşrin yazır ki, ölkələr 20 min ton ammonium nitrat yükünün partlayıcı olmasından narahatdır.

V. QULİYEV
Избранный
31
reyting.az

1Источники