Bakı. Trend:
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotikvasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanırayon sakini Sabir Məhərrəmov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, həminşəxsdən narkotik vasitə olan heroin, marixuana və psixotrop maddəmetamfetamin aşkarlanıb.
Məhkəmənin qərarı ilə S.Məhərrəmovun barəsində həbs qətimkantədbiri seçilib.
Araşdırmalar davam etdirilir.