RU

Siyəzən sakinində narkotik vasitə aşkarlandı - VİDEO

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakini Sabir Məhərrəmov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Adalet.az-a verilən məlumata görə, həmin şəxsdən narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

Məhkəmənin qərarı ilə S.Məhərrəmovun barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

 

Избранный
4
3
adalet.az

5Источники