RU

BQXK-nın rəsmisi: Dünyada 210 milyon insan silahlı qrupların təsiri altında yaşayır

Dünyada 210 milyon insan silahlı qrupların təsiri altında yaşayır. Silahlı münaqişələr zamanı mülki əhali, mülki obyektlər qorunma altındadır, əhaliyə dəyən ziyanın minimuma, sıfra endirilməsi hədəflənib. Lakin təəssüf ki, indiyədək zərəri sıfra endirmək mümkün olmayıb.

Herbiand.az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (Cenevrə) Silahlı və Təhlükəsizlik Qüvvələri ilə əməkdaşlıq departamentinin rəhbəri Pit Evans Bakıda keçirilən “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar”da (SWIRMO) "Silahlılarla dialoqun aparılması" mövzusunda təqdimatında deyib.

“Silah daşıyıcıları, hərbçilər, zabitlər, mühafizə qurumları ilə, o cümlədən silahlı münaqişələrin təsirlərinə məruz qalanlarla danışıqlar aparırıq. Biz bütün tərəflərlə ünsiyyət qurmaqla neytrallığı qoruya bilərik”, - deyə P.Evans qeyd edib.

Избранный
2
1
herbiand.az

2Источники