RU

Narişkinin Azərbaycana səfərinin pərdəarxası MƏQAMLARI 

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin oktyabrın 2-də Azərbaycana səfər edib. Onun Bakıya səfəri ciddi müzakirələrə səbəb olub. Narışkın Bakıda mühüm açıqlamalar verib. 

"Son vaxtlar biz xaricdə olan qurumlarımıza və ölkələrimizin vətəndaşlarına qarşı təxribat fəaliyyətinin genişlənməsini müşahidə və hiss edirik. Nümunə olaraq deyə bilərəm ki, nisbətən yaxınlarda xüsusi xidmət orqanlarımızın birgə səyi nəticəsində amerikalılar tərəfindən rusiyalı diplomatlardan birinə qarşı təxribat xarakterli təhdidin qarşısı alınıb", - deyə Narışkin qeyd edib.

Narişkinin səfərinin və çıxışlarının pərdəarxası məqamları nələrdir? vakansiyalar

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Narişkinin Azərbaycan səfərini belə şərh edib:

“Azərbaycana olduqca  yaxın bölgədə gərgin vəziyyət yaranıb. İran-İsrail müharibəsinin genişlənməsinin təhlükəsi var. İndiki mərhələdə hansısa koordinasiya işlərinin aparılması lazımdır. Çünki müharibənin fəsadları bu və ya digər şəkildə Azərbaycana da sirayət edə bilər. Narişkinin səfəri zamanı düşünürəm ki, bu mövzuya da  baxılıb. Azərbaycan təhlükəsizliyin təmin olunması və terrorçuluğa qarşı mübarizədə bir çox ölkələrin xüsusi xidmət, kəşfiyyat və əks-kəşfiyyat orqanları ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycanın təhlükəsizliyinin təmin edilməsidir”.

Politoloq Elxan Şahinoğlu isə vurğulayıb ki, Rusiya həm Azərbaycan, həm də Ermənsitanla sıx əməkdaşlığı davam etdirmək istəyir:

“Narişkin Azərbaycana tez-tez səfər edib. Azərbaycanla birgə guya hansısa rus diplomata qarşı təxribatın qarşısının alınması ilə bağlı açıqlama ilə Naruşkin göstərmək istəyir ki, Azərbaycanla Rusiya bir-birinə necə yaxındılar və necə yüksək səviyyədə əməkdaşlıq edirlər. Azərbaycan təhlükəsizlik baxımından müxtəlif ölkələrin təhlükəsizlik strukturları ilə əməkdaşlığı istisna deyil. Digər tərəfdən də Ermənistana Rusiya Baş Prokurorunun səfəri olub. Bütün bu səfərlər göstərir ki, Rusiya Cənubi Qafqaza təsir imkanlarını itirmək istəmir. Rusiya həm Azərbaycan, həm də Ermənistanla sıx əməkdaşlığı davam etdirmək istəyir”. 

Politoloqun fikrincə, bunun səbəbi regiondakı oyunçuların sayının artması ilə əlaqədardır: 

“Bölgə uğrunda mübarizənin gücləndiyini şimal qonşumuz görür. Keçmişdə bu regionda yalnız Rusiyanın fəllığı vardısa, indi Rusiyadan başqa Türkiyə bölgədə özünə möhkəm yer qazanıb, Azərbaycanla strateji müttəfiqliyi var, Ermənistanla danışıqlar aparır. ABŞ və Avropa İttifaqının maraqları var. Avropa İttifaqının Ermənistanla əməkdaşlığı mövcuddur. Rusiya digər oyunçulardan geri qalmamaq üçün Azərbaycana və Ermənistana səfərlərin sayını artırır”. 


Telegram kanalımız
Избранный
3
1
yenisabah.az

2Источники