Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanadapartlayış baş verməsi barədə məlumat daxil olub.
Trend xəbərverir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumisahəsi 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışınbaş verdiyi müəyyən olunub. Partlayış nəticəsində bir nəfərmüxtəlif dərəcəli bədən xəsarətləri alıb.
FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirlərigörülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmaaparılır.