RU

Azərbaycan və BƏƏ kapital bazarlarında əməkdaşlığı genişləndirir

“Bakı Fond Birjası”nın (BFB) nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfər çərçivəsində Dubay Maliyyə Bazarı (DFM), Dubay İqtisadi İnkişaf Korporasiyası (DED) və Əbu-Dabi Fond Birjasının (ADX) rəhbər heyəti ilə görüşlər keçirib.

BFB-nin məlumatına görə, görüşlər çərçivəsində ölkələrin kapital bazarlarının inkişaf perspektivləri, fond bazarları arasında təcrübə mübadiləsi və yaxın gələcəkdə qarşılıqlı əməkdaşlığın istiqamətləri haqda müzakirələr aparılıb.

BƏƏ-nin fond bazarlarına ticarət platformaları üzərindən inteqrasiya hər iki ölkədən olan investorlar üçün kapital bazarlarına çıxışa, bazar alətlərinin genişləndirilməsinə, o cümlədən likvidliyin artırılmasına xidmət edən təşəbbüslərdən biridir.

Fond bazarları arasında olan qarşılıqlı əməkdaşlıq hər iki ölkə arasında mövcud sıx iqtisadi münasibətlərə dəstək verəcək və yerli şirkətlərin kapital bazarları ilə inkişafında mühüm rol oynayacaq.

Избранный
12
1
vergiler.az

5Источники