RU

Ukraynadakı müharibə bu yolla başa çata bilər - Qərb “alman sülh modeli”ndə israrlıdır

Ukraynadakı müharibə Kiyevin güclü təhlükəsizlik zəmanəti alacağı və Moskvanın işğal olumuş ərazilərə nəzarəti de-yure olmasa da, de-fakto saxlayacağı müqavilələrlə başa çata bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “Financial Times” nəşrinin yayımladığı məqalədə bildirilib.

Qeyd olunub ki, burada Rusiyanın Donbass və Krım üzərində suverenliyinin tanınmasından söhbət getmir, lakin Ukrayna onları güc yolu ilə geri almaq cəhdlərindən əl çəkə bilər. Nəşr yazır ki, bu ssenari təkcə Qərb rəsmiləri tərəfindən deyil, həm də Ukrayna rəsmiləri tərəfindən getdikcə daha çox müzakirə olunur.

“FT”-yə görə, nə Kiyev, nə də onun müttəfiqləri Rusiyanın işğal olunmuş ərazilər üzərində suverenliyini tanımağa razı olmayıblar, çünki bu, yalnız Rusiyanın növbəti təcavüzünə töhfə verəcək və beynəlxalq hüquq və nizam-intizamı ciddi şəkildə pozacaq. Lakin ehtimal olunur ki, gələcəkdə bu torpaqların hansısa diplomatik yollarla geri qaytarılmasına dair “razılaşma” ola bilər.

“NATO üzvlüyünü əldə etmək üçün bəzi ərazilərdən imtina etmək məsələsi Ukraynanın üçün hələ də bir seçim olaraq qalır. Qərb Ukrayna üçün “Qərbi Almaniya modeli”ni müzakirə edir. Qərbi Almaniya 1955-ci ildən NATO-da olsa da, lakin Şərqi Almaniya 1989-cu ilə qədər Moskvanın nəzarətində qalıb. Ukrayna əraziləri üçün də belə bir model tətbiq oluna bilər. Bu model ABŞ-nin Ukraynadakı keçmiş xüsusi nümayəndəsi Kurt Volker, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen və Çexiyanın hazırkı prezidenti Peter Pavel tərəfindən xüsusi olaraq Ukrayna üçün variant kimi qeyd edilib. 

“Mən düşünmürəm ki, bütün regiona nəzarətin tam bərpası ilkin şərtdir”, – Pavel Çexiya qəzetinə müsahibəsində deyib. O, əlavə edib ki, əgər məhdudiyyət, hətta inzibati sərhəd olsa, biz bunu müvəqqəti hesab edə və o vaxta qədər nəzarət edəcəyi ərazilərdə Ukraynanı NATO-ya qəbul etmək olar”,- deyə məqalədə bildirilir.

“AzPolitika.info”

Избранный
12
azpolitika.info

1Источники