RU

ZAUR MİKAYILOVUN BÖYÜK PLANI: yaxud Abşeron su təsərrüfatındakı təyinatların görünməyən tərəfləri...

Bu gün Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərovun vəzifədən azad edilməsi, yerinə isə Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Mirbəşir Ələsgərovun təyin olunması haqda xəbər yayılıb.

Mia.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin tabeliyində olan Abşeron Suvarma Sistemləri İdarəsi ilə ləğv olunan "Azərsu" AC-nin tabeliyində olan Abşeron Sukanal İdarəsi bir müddət əvvəl birləşdirilərək, yerində Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi yaradılıb.

Məlumata görə, yeni qurum Agentlik sədri Zaur Mikayılovun digər əmri ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin tableiyinə deyil, Zakir Quliyevin sədri olduğu Regional Su Meliorasiya Xidmətinin sərəncamına verilib.

Mia.az-ın əldə etdiyi dəqiq məlumata görə, bundan sonra növbəti əmrlə  ləğv olunan Abşeron Sukanal İdarəsinin rəhbəri Fərmail Vəliyevlə "Suvarma"nın rəisi Yusif Ələsgərov vəzifələrindən azad olunub: "Düzdür, Fərmail Vəliyev azad edildikdən, daha doğrusu, özü bu dəyişiklikdən sonra sistemdən tamamilə uzaqlaşdı. Yusif  Ələsgərov isə iiki qurumun birləşməsi nəticəsində yeni yaradılan Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə baş mühəndis vəzifəsinə keçirilib. Yeni qurmun, yəni Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsinə isə vaxtilə "Azəriqaz" sistemində işləmiş, sonradan isə Şəmkirdə Suvarma Sitsemləri idarəsində rəis olan Etibar Nəbiyev gətirilib. Yəni, yuxarıda adıçəkilən Mirbəşir Ələsgərov yox. Onunla bağlı məsələ başqa cürdür, əslində. Belə çıxır ki, Etibar Nəbiyev Abşerona gələn kimi, yerinə müvəqqəti olsa da, Mirbəşir Əlsəgərov qoyulub. O, daha sonra isə qısa zamanda Abşerona "transfer" edilib... ".

Müsahibimiz deyir ki, Mirbəşir Ələsgərovla bağlı təyinat məsələsi ona görə ortaya çıxıb ki, yuxarıda qeyd edilən birləşmə layihəsi faktiki olsa da, hələ rəsmən hüquqi qüvvəyə minməyib: "Məhz bu səbəbə görə, bu gün Abşeron Suvarma Sistemləri İdarəsi ilə Sukanal idarəsi bəlkə də qurumların rəsmi saytlarında ayrı-ayrı təşkilatlar kimi  görünür. Görünür, yeni rəis Etibar Nəbiyev də Şəmkirdə bir yerdə işlədiyi Mirbəşir Ələsgərovu gələcəkdə idarənin "suvarma" sahəsi üzrə ya özünə birinci müavini vəzifəsinə keçirəcək, ya da hansısa bir formada onu özündən sonra ikinci şəxs statusuna sahibləndirəcək. Buna "münbit şərait" yaratmaq üçünsə, indidən, yəni  birləşmə rəsmi təsdiq olunmadan təxminən bir ay əvvəl vəzifədən azad olunan Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərovun yerinə dostu Mirbəşir Ələsgərovu gətirdib.

Yeri gəlmişkən, Etibar Nəbiyev Zaur Mikayılovun qudası ilə çox yaxındır və sözsüz ki, Şəmkrdən bura "transfer"lərdə bu dostluğun müstəsna rolu olub...".

Müsahibimiz onu da deyir ki, Etibar Nəbiyevin birləşdirilən bu nəhəng idarənin rəisi təyinatından sonra Abşeron su təsərrüfatı sahəsində "maraqlı proseslər" gedir: "Etibar Nəbiyev Abşeron Bağlar Sukanal İdarəsində mühəndis olan Həzrət Abbasov adlı şəxsə yeni idarədə qeyri-rəsmi səlahiyyət verib.  Baxın, barəsində rəsmi əmri olmayan Həzrət Abbasov hazırda Abşeron Sukanal İdarəsinin rəisinin otağında oturub, qurumu istədiyi kimi idarə edir, istədiyi işçini yola salır və sair. İdarənin rəsmən müavini olan Elnur Əliyev mühəndis Həzrətə hesabat verir...

Bu azmış kimi, idarə qeyri-əhali obyektlərində özbaşına yoxlamalar da aparırlar. Halbuki, qeyri-əhali sektorunda yoxlamanın aparılma prosedurları var..."

Samir MUSAYEV

Mia.az

Избранный
3
2
mia.az

3Источники