Məlumata əsasən, 2945.1 hektar ərazi minalardan təmizlənib.
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib.
2020-ci il Vətən Müharibəsindən sonra 369 nəfər mina qurbanı olub.
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb.
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Gülnar
www.anews.az