RU

Mayis Bərxudarov niyə vəzifəsindən azad olundu? – DETALLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi baş verib. Belə ki, general-leytenant Mayis Bərxudarov 2-ci ordu korpusunun komandiri vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Onun yerinə 2-ci ordu korpusunun rəhbəri vəzifəsinə general-mayor Vilayət Quliyev gətirilib. 

Mayis Bərxudarov niyə vəzifəsindən azad edildi?
 

MÖVZU İLƏ BAĞLI:

Mayis Bərxudarov komandan vəzifəsindən azad olundu - FOTO


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov düşünür ki, M.Bərxudarov böyük ehtimalla yuxarı vəzifəyə təyinat alacaq: 

“Bu gün özü də təsdiq edib ki, sərəncama çıxarılıb. Onun “Tərtər işi” ilə bağlı məhkəmə prosesində də adı hallanırdı. Bu işdə zərərçəkənlər də onun adını çəkirdilər. Yəqin ki, yaxınlarda onunla bağlı qərar veriləcək. Amma yaşına görə hələ ki, tərxis olunmamalıdır. Rütbəsi və yaşına görə hələ bir neçə il də xidmət edə bilər. Böyük ehtimalla Müdafiə Nazirliyi onunla bağlı yaxın zamanlarda açıqlama verəcək. Yəqin ki, o, yeni vəzifəyə təyinat alacaq. Ola bilsin, Quru Qoşunları və yaxud Müdafiə Nazirliyində hansısa vəzifəyə təyin olunsun”. 

Qeyd edək ki, Mayis Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Mayis Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Təhsilini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.

O, 2016-cı ilin aprel döyüşlərində və Vətən müharibəsində göstərdiyi xidmətlərə görə bir sıra medallarla təltif olunub. 

2-ci ordu korpusunun yeni komandiri general-mayor Vilayət Quliyev də Vətən müharibəsində fəal iştirak edib. O, göstərdiyi xidmətlərə görə bir sır orden və medallarla təltif olunub. 

Rüfət Sultan, Bizim.Media 

Избранный
7
1
bizim.media

2Источники