RU

BDU-nun şəhid məzunu Vüqar Məmmədovun məzarı ziyarət olunub

Bakı, 7 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Vüqar Məmmədovun məzarı ziyarət olunub.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, ziyarətdə BDU-nun Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli, THİK sədri Zöhrab Cavadzadə və təşkilatın fəal üzvləri iştirak ediblər. Şəhidin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.

Qeyd edək ki, Vüqar Məmmədov 2011-2015-ci illərdə BDU-nun İlahiyyat fakültəsində təhsil alıb. 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında həqiqi hərbi xidmətə başlayan Vüqar Məmmədov Aprel döyüşlərində topçu və manqa komandiri kimi iştirak edib. O, Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Vüqar Məmmədov 2020-ci ilin oktyabrın 9-da Füzulinin azad edilməsi uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Избранный
16
1
azertag.az

2Источники