Ukrayna Ali Radasının aparatı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tövsiyəsi ilə Telegram-dan istifadəni məhdudlaşdıracaq. Bu barədə Ukraynanın xalq deputatı, Ali Radanın Söz Azadlığı Komitəsinin sədri Yaroslav Yurçişin məlumat yayıb.
Onun sözlərinə görə, o, Ali Radadan Radanın yerli şəbəkəsində Telegram-ın işi ilə bağlı yeni müddəaların yer aldığı sərəncam alıb. Deputat Telegram səhifəsində Milli Təhlükəsizlik və Müdafiə Şurasının Kibertəhlükəsizlik üzrə Milli Əlaqələndirmə Mərkəzinin hansı təhlükəsizlik tədbirlərini təklif etdiyini sadalayıb.
Tural