RU

Azərbaycan Premyer Liqasının ən məhsuldar oyununda antirekord qeydə alındı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



IX turun "Kəpəz" - "Neftçi" matçı Azərbaycan Premyer Liqasında mövsümün ən məhsuldar oyunu olub.
Oxu.Az dynamomania.com-a istinadən xəbər verir ki, "Kəpəz"in 4:3 hesabı ilə qalib gəldikləri görüşdə ümumilikdə 7 qol vurulub.
Bunadək ən məhsuldar matçda 6 top qeydə alınıb. VII turun "Səbail" - "Sabah" görüşündə qonaqlar qalib gəliblər - 4:2.
Bununla da "Neftçi" çempionatdakı qələbəsizlik seriyasını 10-a çatdırıb. Ötən mövsümün son turunda "Sabah"a 0:1 hesabı ilə uduzan "ağ-qaralar" cari çempionatın 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olublar.
Mayın 18-də "Səbail" üzərində 3:0 hesablı qələbədən sonrakı ardıcıl 10 qalibiyyətsizlik "Neftçi"nin tarixində yeni antirekorddur. Bakı klubu 2015-ci ildəki 9 matçlıq seriyanı "arxada qoyub". 2014/15 və 2015/16 mövsümlərini əhatə edən həmin seriya müddətində 5 heç-heçə və 4 məğlubiyyət yaşanıb.
"Neftçi" həm də tarixində ilk dəfə 3 və daha çox qol vurduğu görüşdə uduzub. Ölkə çempionatları tarixində isə 28-ci belə hadisə yaşanıb.
Избранный
3
1
oxu.az

10Источники