1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qarışıq döyüş sənəti (MMA) üzrə çıxış edən idmançımız Vüqar Kərəmov həbsdən çıxdıqdan sonra ilk döyüşünü keçirəcək.
Oxu.Az xəbərinə görə, Vüqar noyabrın 17-də yaponiyalı Kazumasa Macima ilə döyüşəcək.
Bu döyüş Yaponiyanın Naqoya şəhərində "Rizin" təşkilatının "Landmark 10" turniri çərçivəsində keçiriləcək.
Qeyd edək ki, bu döyüş fevralın 24-də baş tutmalı idi. Lakin bu ilin əvvəlində Vüqar Kərəmov əsassız səbəbdən həbsə düşdüyündən, döyüş keçirilməmişdi. Kərəmov iyul ayından etibarən həbs olunan müəllimi Ruslan Əfəndiyevlə birgə azadlığa buraxılıb.