RU

Putin 8 generalı vəzifədən AZAD ETDİ - FƏRMAN

Rusiyada 8 general vəzifəsindən azad edilib.

 

Sfera.az bildirir ki, bu barədə “RİA Novosti” məlumatlı mənbəyə istinadən xəbər verib.

 

Qeyd olunub ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. 

 

“Fərmanla Fövqəladə Hallar Nazirliyi, İstintaq Komitəsi və Federal Penitensiar Xidmətin sıralarından səkkiz yüksək rütbəli zabit tutduqları vəzifədən azad edilib. Bunlarla yanaşı, ədliyyə general-mayoru İqor Nikolayeviç, Rusiya İstintaq Komitəsinin Stavropol üzrə rəisi, general-mayor Aleksandr Molçanov, Rusiya Fövqəladə Hallar Nazirliyinin Operativ İdarəetmə Departamentinin direktor müavini, eləcə də Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin rəisi, daxili xidmət general-leytenantı Sergey Poletıkin işdən çıxarılıb”, -  mənbə bildirilib.

 

Sözügedən şəxslərin işdən çıxarılma səbəbləri və şərtləri hələlik dəqiqləşdirilməyib.

 

Günay 

Избранный
16
5
sfera.az

6Источники