Demokrat.az xəbər verir ki, bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov İkinci Ordu Korpusunun komandiri general-leytenant Mais Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülməsi ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
“Mais Bərxudarovun özü yerli medianın suallarını cavablandırarkən faktı təsdiqləyib. “Yeni təyinat gözləyirsinizmi?” sualına isə “heç nə bilmirəm” deyə bir az da qəzəbli tonda münasibət bildirib. Düşünürəm ki, hər nə də olsa, Mais Bərxudarov Azərbaycan Ordusunun general-leytenantıdır. Onunla bağlı lazımsız söz-söhbətlərin yayılmaması üçün Müdafiə Nazirliyi açıqlama yaysa yaxşıdır”, - ekspert əlavə edib.
O, Mais Bərxudarovun şərti adı “Beyləqan işi” olan “Tərtər işi” ilə əlaqədar olaraq vəzifədən uzaqlaşdırılması haqda iddialara da münasibət bildirib:
“Buna münasibət bildirə bilmərəm, çünki əlimdə faktlar yoxdur. Əgər belə bir məsələ varsa, bununla bağlı da ictimaiyyətə açıqlama verilməlidir. Çünki həm Sumqayıt Məhkəmə Kompleksində, eləcə də Bakı Hərbi Məhkəməsinin hakimlərinin keçirdiyi proseslərdə bir neçə dəfə Mais Bərxudarovun adı hallanıb. Onun qərargah rəisi olmuş general Vəkil Orucov da məhkəməyə ifadəsi zamanı “yuxarı komandanlıq” deyərək, konkret olaraq tabe olduğu Mayıs Bərxudarova işarə vurub, bəzi açıqlamalar verib. Ümumiyyətlə, Mais Bərxudarovun adının bir çox xoşagəlməz olaylarda hallandığını mən də eşitmişəm”.
O, Müdafiə Nazirliyində təkcə Mais Bərxudarovla bağlı qərar verilmədiyini vurğulayıb:
10Источники
-
azia.azMais Bərxudarovla bağlı daha bir AÇIQLAMA – “Kimliyindən asılı olmayaraq…” ( 11778412)
-
medianews.azMais Bərxudarovla bağlı daha bir AÇIQLAMA – “Kimliyindən asılı olmayaraq…” ( 11778265)
-
demokrat.azMüdafiə Nazirliyi bu açıqlamanı yaysa yaxşı olar — Üzeyir Cəfərov ( 11770600)
-
demokrat.azMüdafiə Nazirliyi bu açıqlamanı yaysa yaxşı olar — Cəfərov ( 11769196)
-
yenisabah.azMais Bərxudarovla bağlı daha bir açıqlama: “Kimliyindən asılı olmayaraq...” ( 11765332)
-
metbuat.azMüdafiə Nazirliyi bu açıqlamanı yaysa yaxşıdır - ( 11764840)
-
metbuat.azMüdafiə Nazirliyi bu açıqlamanı yaysa yaxşı olar - ( 11764981)
-
musavat.comMN Bərxudarovla bağlı məlumat yaysa... - Cəfərov ( 11764498)
-
buta.tvMN Bərxudarovla bağlı məlumat yaysa... - Cəfərov ( 11763724)
-
axar.azMN Bərxudarovla bağlı məlumat yaysa... - Cəfərov ( 11763655)