RU

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub

 

Azərforum xəbər verir ki, APA-nın şimal bürosunun məlumatına görə, sentyabrın 30-da Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində tapılan meyitin kimliyi müəyyənləşib. 

meyit sudan çıxarılarkən tanınmaz halda olduğundan DNT analizi götürülüb. Meyiti tapılan şəxsin sentyabrın 6-da itkin düşən Siyəzən şəhər sakini 22 yaşlı Mahmud Məlikov olduğu təsdiqlənib. 

Bu barədə M. Məlikovun yaxınları məlumat verib. Bildirilib ki, meyit dəfn üçün sabah ailəsinə təhvil veriləcək.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Избранный
4124
25
apa.az

10Источники