RU

Parklanmanın bitməsinə kim qərar verir - sürücü, yoxsa tətbiq?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda sürücü "Azparking" tətbiqindən şikayət edir.
Oxu.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.
Vətəndaş bildirib ki, avtomobilini parklanma yerindən götürəndə müddəti sonlandırmaq üçün SMS göndərməsinə baxmayaraq, müddət növbəti saata keçirilib və hesabından pul çıxılması bir müddət davam edib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu kimi hallar baş verdiyi zaman vətəndaşlar çağrı mərkəzi ilə əlaqə saxlamalıdırlar.
"Parklanma ilə bağlı yaranan suallarla bağlı vətəndaşlar "141" çağrı mərkəzi ilə əlaqə saxlamalıdırlar. Araşdırma bitdikdən sonra nəticə barədə vətəndaşa məlumat veriləcək".
Aytac Qasımova
Избранный
6
50
oxu.az

10Источники