RU

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirləri Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Oktyabrın 8-də Azərbaycanın incisi olan və 2023-cü il üçün TürkDünyasının Mədəniyyət paytaxtı seçilən Şuşa şəhərində TürkDövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyənazirlərinin IV iclası keçiriləcək. Tədbirdə Türk DövlətləriTəşkilatının Baş katibi, Azərbaycan, Türkiyə, Özbəkistan,Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikasının səhiyyənazirləri və Macarıstanın nümayəndəsi iştirak edəcəklər.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə,tədbir ərəfəsi 7 oktyabrtarixində qonaqlar Fəxri Xiyabanda Türk dünyasının böyük oğlu vəAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsiniehtiramla yad edərək məzarı önünə əklil qoyub, tər gül dəstələridüzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əzizxatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub. Azərbaycanınazadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban verənqəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib,məzarları üzərinə güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünəəklil qoyulub.

Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnakqoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olan qəhrəmantürk əsgərlərinin xatirəsinə ucaldılan “Türk şəhidliyi” abidəsininönünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələridüzüblər.

Nümayəndə heyəti, həmçinin dünya memarlığının nadir incilərindənsayılan Heydər Əliyev Mərkəzini ziyarət edib. Məlumat verilib ki,Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri HeydərƏliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinəvə tədqiq edilməsinə yönəlib.

Qeyd edək ki, TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyənazirlərinin IV iclası çərçivəsində Azərbaycanın səhiyyə naziriTeymur Musayevin Türk Dövlətləri Təşkilatının Baş katibi, təşkilataüzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə ikitərəfligörüşlərinin keçirilməsi nəzərdə tutulub.
Sonda yekun sənəd - Birgə Bəyannamə qəbul ediləcək.

Türk
Türk
Türk
Türk
Türk
Türk
Məqalədə:
Избранный
7
5
az.trend.az

6Источники