RU

BDU-da elmi seminar: “Kvant aləmində Furye çevirmələri”

BDU-da

Bakı Dövlət Universitetində (BDU) Fizika fakültəsinin tanınmış məzunu, Meksika Milli Muxtar Universitetinin Riyaziyyat İnstitutunun professoru, Meksika Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi Natiq Atakişiyevin “Kvant aləmində Furye çevirmələri” mövzusunda elmi seminarı keçirilib.

Universitetdən Xalqcebhesi.az-a bildirilib ki, Fizika fakültəsində təşkil edilən seminarda professor Natiq Atakişiyev klassik fizika baxımından cismin hərəkətinin Nyuton mexanikasının qanunları ilə izah edildiyini qeyd edib. O, mikroaləmdə klassik fizika qanunlarının işləmədiyini vurğulayaraq, kvant mexanikasında fiziki kəmiyyətlərin təsvirində operatorların rolunu açıqlayıb. Alim qeyd edib ki, koordinat və impuls operatorunun qeyri-kommutativliyi Heyzenberqin məhşur qeyri-müəyyənlik münasibətinə gətirir.

Məruzəçi operatorların xassələri, onların kommutatoru, məxsusi funksiyaları haqqında məlumat verib. Bildirib ki, kvant mexanikasında koordinat və impuls operatorlarından istifadə edərək Hamilton operatoru qurulur. Kvant mexanikasında müxtəlif təsvirlər arasında əlaqə Furye çevirmələri ilə verilə bilir. Natiq Atakişiyev Furye çevirmələrinin kvant mexanikasında müxtəlif təsvirlər arasında əlaqə yaratdığını bildirib.

Seminarın sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.

Xatırladaq ki, sentyabr ayında Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I Forumu keçirilib. Professor Natiq Atakişiyev Forumun iştirakçılarından biri kimi Fizika fakültəsinin seminarına dəvət olunub.

Избранный
9
2
xalqcebhesi.az

3Источники