RU

"Azərbaycana gəlmək üçün 101 səbəb" - İLK dəfə nəşr olundu

"MÜSAİD Azərbaycan"ın dəstəyi ilə türk dilində nəşr edilən "Azerbaycana gelmek için 101 neden" kitabı işıq üzü görüb.

 

Modern.az xəbər verir ki, Azərbaycan haqqında detallı məlumatların qeyd olunduğu kitabda ölkəmizin tarixi məkanları, milli adətləri, təbiəti, yeməkləri barədə ardıcıllıqla bəhs olunur. 

 

Bu kitab Türkiyədə Azərbaycan haqqında detallı fikir formalaşmaqla yanaşı, qardaş ölkədən Azərbaycana turistik səfərlərin də artacağına vəsilə olacaq. 

 

MÜSAİD Azərbaycanın rəhbəri Rəşad Cabirli kitab haqqında danışarkən bildirir ki, Şuşa Bəyənnaməsi imzalandıqdan sonra Anadolu insanının Azərbaycana olan duyğusal yaxınlığının turist sayına, ölkələrimiz arasında ticarətə və birlikdə işləməyə motivasiya vermək üçün bu layihəni ərsəyə gəlib.

 

Linkə keçid edərək kitabı pdf formatda əldə edə bilərsiniz:

//drive.google.com/file/d/10PcjtkgeXn_htYLIdL9Cnd9O04yPev2U/view

 

1385892138589113858901385889

Избранный
147
modern.az

1Источники