RU

Cenniferboşanma xəbərindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Amerikalı müğənni və aktrisa Cennifer Lopez Ben Afflekdən boşanmaq üçün ərizə verdikdən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib. Qeyd edək ki, avqustda sənətçi rəsmi olaraq Afflekdən ayrılmaq üçün müraciət edib.
 

Sfera.az bildirir ki, “American Music Awards”ın 50-ci ildönümünə həsr olunmuş xüsusi mərasimdə Lopez əvvəlcədən lentə alınmış videoçarxda iştirak edib.
 

J.Lo mükafatlandırma mərasimini izləməklə bağlı uşaqlıq xatirələrinin onu beynəlxalq ulduzluq yolunda ruhlandırdığını bildirib.
 

"Bu, inanılmazdır, elə deyilmi? Amerika Musiqi Mükafatlarının 50 ili. Yadımdadır, mən hələ uşaq olanda evdə onlara baxırdım"- deyə Lopez bildirib.
 

İfaçı 2001-ci ildə “Amerika Musiqi Mükafatları” debütünü də xatırlayıb. O, 2011-ci ildə qazandığı qələbəni də xatırladıb.


Cennifer videoda çəhrayı rəngli kofta geyinib.


 

"Pərəstişkarların səs verdiyi bir mükafatı qazanmaq inanılmaz dərəcədə gözəldir, çünki bu, birbaşa musiqini hazırladığınız insanlardan gəlir."


Lopez 2015-ci ildə mərasimdə aparıcılıq etməkdən qürur duyduğunu da bildirib.

 

Aysel

Sfera.az

Избранный
15
sfera.az

1Источники