RU

GÜNDƏM! Samir Abasovun "Neftçi"yə qayıdışına mane olan kimdir?

"Neftçi" rəhbərliyində yeni baş məşqçi ilə bağlı fikir ayrılığı yaranıb.

Bildiyiniz kimi, klub bu gün Roman Qriqorçukla yolları ayırdı.

Fikir ayrılığı isə ukraynalı mütəxəssisin yerinə "yerli məşqçi gəlsin, yoxsa əcnəbi mütəxəssis" sualı ətrafındadır.

Təbii ki, yerli mütəxəssis dediyimiz yeganə namizəd Samir Abasovdur. Təcrübəli mütəxəssisin "ağ qaralar"a keçidi aylar əvvəldən gündəmdədir. Elə bu gün də. Abasov özü də bu çağırışa isti yanaşır.

Lakin onun "Neftçi"yə qayıdışına klubun baş icraçı direktor Cenk Sümer qarşıdır.

Türkiyəli mütəxəssis hər vəchlə boşalan posta türkiyəli baş məşqçinin gəlməsini istəyir.

Adrian Mutu, Miodraq Bojoviç və Roman Qriqorçukdan xeyir görməyən rəhbərlik əcnəbi funksionerin istəyinə qarşıdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
25
sportinfo.az

1Источники