RU

Türkiyədə beş min illik sirli qəbir tapıldı - FOTOlar

Türkiyənin Burdur şəhəri yaxınlığında eramızdan əvvəl III minilliyin əvvəlinə aid edilən qəbir tapılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, qazıntı işləri zamanı təxminən beş min il yaşı olduğu müəyyən edilən skelet aşkarlanıb.

Arxeoloji işlərə rəhbərlik edən professor Gülsün Umurtakın dediyinə görə, qəbir erkən tunc dövrü adlandırılan eramızdan əvvəl üçüncü minilliyin dəfn ənənələrinə uyğun bir tapıntıdır.

Qəbirdəki qeyri-adilik isə mərhumun saxsı küpün içərisində, dizləri qarnına doğru qatlanmış şəkildə dəfn edilməsidir.

Skeletin yanına bəzi qəbir əşyaları da qoyulub ki, bu da məzarın tapıldığı bölgəyə və aid olduğu dövrə xas deyil.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Избранный
25
2
milli.az

10Источники