RU

Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!

Pakistanın siyasi partiyaları İsrailin Yaxın Şərqdə hərbi əməliyyatları genişləndirməsindən narahat olduqlarını bildirirlər.

Axar.az xəbər verir ki, bu barədə İslamabadda keçirilən Ümumpartiya Konfransının yekunları üzrə qəbul edilmiş bəyannamədə deyilir.

“İsrailin əməliyyatlar meydanını genişləndirməsindən və regional sülh və təhlükəsizliyi təhdid etməsindən, beynəlxalq hüququn və BMT Nizamnaməsinin davamlı pozulmasından, o cümlədən Livana qarşı son təcavüzdən, İordan çayının qərb sahilinə hücumlardan dərin narahat olduğumuzu bildiririk. Tehranda HƏMAS lideri İsmayıl Haniyənin və Livanda Hizbullahın baş katibi Həsən Nəsrullahın öldürülməsi regional sülh və təhlükəsizliyə təhdiddir”, - bəyanatda qeyd olunub.

Избранный
16
2
axar.az

10Источники