RU

Putin bu gün Əliyev və Paşinyanla GÖRÜŞƏCƏK

Rusiya prezidenti Vladimir Putin bu gün - oktyabrın 8-də MDB sammitindən əvvəl Kremldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Prezident Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Həmin görüşlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq. Rusiya bu məsələdə aktiv müsbət rol oynayır”, - Rusiya liderinin köməkçisi bildirib.

Избранный
8
20
modern.az

10Источники