RU

Cənubi Koreya Şimali Koreyanın Şimali Hərbi Bölgəyə qoşun yeridəcəyini iddia edir

Şimali Koreya Rusiyaya dəstək üçün Ukraynaya müntəzəm hərbi personal göndərə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" Cənubi Koreyanın Yonha agentliyinə istinadən xəbər verir ki, bunu parlamentin iclasında Cənubi Koreyanın müdafiə naziri Kim Yonq Hyun deyib.

Onun sözlərinə görə, Rusiya ilə Şimali Koreya arasında hərbi müttəfiqliyə bənzər qarşılıqlı müqavilə imzalandığı üçün hadisələrin bu cür inkişafı ehtimalı çox yüksəkdir.

Rusiya prezidenti Vladimir Putinin bu ilin iyununda Pxenyana səfəri zamanı Rusiya və Şimali Koreya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.

Sənədin dördüncü maddəsində nəzərdə tutulur ki, Rusiya Federasiyası və ya Şimali Koreya başqa dövlət tərəfindən silahlı hücuma məruz qaldıqda və müharibə vəziyyətində olarsa, qarşı tərəf dərhal sərəncamında olan bütün vasitələrlə hərbi və digər yardım göstərəcək. Müqavilənin səkkizinci maddəsində deyilir ki, Rusiya Federasiyası və Şimali Koreya müharibənin qarşısını almaq, regional və beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək məqsədilə öz müdafiə qabiliyyətini gücləndirmək üçün birgə fəaliyyət göstərə bilər.

Избранный
18
4
operativmm.az

5Источники