Olaylar bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Baydenin əmrinə ABŞ Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi tərəfindən Florida hakimiyyətinə yardım daxildir.
Saffir-Simpson şkalası üzrə beşinci kateqoriyaya qədər güclənən qasırğanın çərşənbə günü və ya cümə axşamı günü Florida sahillərinə yaxınlaşacağı gözlənilir. Mütəxəssislərin hesablamalarına görə, Milton Floridanın qərb sahillərinə, o cümlədən Tampa körfəzinə hündürlüyü üç metrdən çox olan dağıdıcı dalğalar gətirəcək. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31