RU

“İnternational” BOKT 15% dərəcə ilə borc cəlb edir

Bank Olmayan kredit Təşkilatı “İnternational” ASC hər birinin nominal dəyəri 1 000 manat olan 250 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar buraxacaq.

Banker.az xəbər verir ki, bu barədə BOKT-nin istiqraz buraxılışı haqqında yekun şərtlərində bildirilib.

İstiqrazlar 15 faiz gəlirlilik təklif edir. Bu da son illərdə emissiya edilmiş ən çox gəlirlilik təklif edən investisiya alətlərindən biridir.

BOKT cari ilin ilk yarısında 7.08 mln. manat faiz gəlirinə qarşı 3.28 mln. manat xalis mənfəət əldə edib.

Избранный
28
48
banker.az

10Источники