RU

Bayden Florida ştatında fövqəladə vəziyyət elan edib

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden "Milton" qasırğası səbəbindən Floridaştatında fövqəladə vəziyyət elan etmək barədə sərəncam imzalayıb vəyerli hakimiyyət orqanlarına federal yardım göstərilməsi üzrəgöstəriş verib.

Trend xəbərverir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd olunub ki, "Co Bayden Florida ştatında fövqəladəvəziyyət elan edib və 2024-cü il 5 oktyabr tarixindən etibarən"Milton" qasırğasının yaratdığı fövqəladə vəziyyətlə əlaqədar yerlihakimiyyət orqanlarına federal yardım göstərilməsi üzrə göstərişverib".

Baydenin göstərişi, ABŞ Daxili Təhlükəsizlik Departamenti vəFederal Fövqəladə Halların İdarə Olunması Agentliyi tərəfindənFlorida hakimiyyətinə yardım göstərilməsini nəzərdə tutur.

Saffir-Simpson şkalası üzrə 5-ci kateqoriyaya qədər güclənənqasırğanın çərşənbə günü və ya cümə axşamı günü Florida sahillərinəyaxınlaşacağı gözlənilir. Mütəxəssislərin hesablamalarına görə,“Milton” Floridanın qərb sahillərinə, o cümlədən Tampa körfəzinəhündürlüyü 3 metrdən çox olan dağıdıcı dalğalar gətirəcək.

Məqalədə:
Избранный
6
5
az.trend.az

6Источники