RU

Elmi dərəcə insanın alim olduğunu bildirmir - Emin Əmrullayev

Bakı, TurkicWorld

Elmi dərəcə insanın alim olduğunu bildirmir. Alim olmaq üçün elmi nailiyyət olmalıdır.

TurkicWorld xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, elmin imitasiyası yox, elmin özü lazımdır.

"Əsas problem odur ki, elmi dərəcəsi olub, elmi nailiyyəti olmayan insanlara alim deyirik. Biz onlara "sən alim deyilsən" deməyə utanırıq.

Ümumilikdə isə elmi məqalələrin sayı artır. Bu isə bizi sevindirir. Nazirlik olaraq, elmi nəticələrə görə əlavə mükafatların verilməsinə başladıq. Bu proses hələ başlanğıcdır. İlkin mərhələdə bu səhv addım kimi görünə bilər və tənqid oluna bilərik. Lakin biz hardansa başlayıb, addım atmalı, həvəsləndirici tədbirlər görməli idik",- deyə nazir bildirib.

Qeyd edək ki, Bakıda Təhsilin İnkişafı Forumu keçirilir.

Təhsilin İnkişafı Forumu 2024-ün əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı birgə dialoq üçün uyğun platforma təmin etmək və prosesi hərtərəfli dəstəkləməkdir.

Forum hər il ölkənin təhsil sisteminin cari vəziyyəti, iqtisadiyyata inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının inkişaf perspektivlərinə dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir.

Избранный
16
8
turkic.world

9Источники