RU

Teymur Musayev: Bu gün Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolunun imzalanmasına şahidlik edəcəyik

Şuşa, 8 oktyabr, AZƏRTAC

Bu gün səhiyyə sahəsində münasibətlərin dərinləşməsinə və gələcək birgə fəaliyyətlərin inkişafına təkan verəcək ikitərəfli sənədlərin və Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolunun imzalanmasına şahidlik edəcəyik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasının açılışında çıxış edən Azərbaycan səhiyyə naziri Teymur Musayev deyib.

“TDT-na üzv və müşahidəçi ölkələrinin Vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətimizin əsas istiqamətləri hesab edirik”, - deyə Azərbaycan səhiyyə naziri əlavə edib.

Избранный
33
6
azertag.az

10Источники