RU

Sərdar Cəlaloğlu: “ABŞ-nin Azərbaycanla bağlı siyasətinə ciddi yanaşmıram”

Son vaxtlar Qərbdə Azərbaycan əleyhinə aparılan kampaniyalar daha geniş vüsət alıb. Ayrı-ayrı siyasi təşkilatların ölkəmizə qarşı qarayaxma kampaniyasının arxasında dayanan qüvvələr də məlumdur. Bütün bunların başında dayanan ABŞ və onun siyasi dəstək verdiyi qüvvəllərdir. Siyasi ekspertlər hələ bir neçə ay əvvəl COP29 ərəfəsi Azərbaycana siyasi təzyiqlərin artacağını təxmin edirdilər. Ehtimallar özünü doğrultdu və COP29 öncəsi ölkəmizi hədəfə alan böyük dövlətlər ciddi ittihamlarla çıxış edirlər. Qarabağ məsələsini yenidən gündəmə gətirmək istəyən qüvvələr erməni kartını ortaya atır və Azərbaycanı etnik təmizləmədə ittiham edir.

Eyni zamanda guya Qarabağda erməni mədəni irsindən narahat olanlar da fəaliyyətə keçib. Ekspertlərin əksəriyyəti hesab edir ki, bütün bunlar COP ərəfəsi Azərbaycana təzyiq mexanizmidir. Bəlkədə bu, COP29-un ölkəmizdə keçirilməsinə qısqancıqla yanaşmanın nəticəsidir.

KONKRET.az-ın suallarını cavablandıran ADP sədri Sərdar Cəlaloğlunun fikirincə, bunun qısqancıqla heç bir əlaqəsi yoxdur: “COP 29-cu dəfədir keçirilir. Əgər bunu qısqanclıq kimi qəbul ediriksə, o zaman Qərbin böyük dövlətləri bu tədbirin Azərbaycanda keçirilməsinə icazə verməzdilər. Sadəcə məsələnin kökündə başqa amillər dayanır. COP29 ərəfəsi Ermənistan bir qədər fəallaşıb. Bir məsələni unutmayaq ki, sosial ekologiya ilə təbii ekologiya arasında bir bağlılıq var. Faktiki olaraq istiqamətlərin düzgün təyin edilməməsi təbiətə də ciddi ziyan vurur. Güman edirəm ki, COP29 ərəfəsi okeanın o tayındakı erməni lobbisi Qarabağ məsələsini yenidən gündəmə gətirmək üçün ciddi işlər görür. Bunun üçün həm Azərbaycan deputatları, həm də xarici siyasətlə məşğul olanlar ciddi işlər aparmalı və Ermənistanın təbliğatını neytrallaşdırmalıdırlar”.

ABŞ-nin Azərbaycanla bağlı siyasətinə toxunan partiya sədri qeyd edib ki, Amerika Çin kimi böyük dövləti özünə rəqib hesab etmir: “Ona görə ABŞ-nin Azərbaycanla bağlı siyasətinə ciddi yanaşmıram. Biz əslində Amerikanın hansısa dövlət maraqlarına qarşı ola bilmərik və buna gücümüz də çatmaz. Digər məqam, Azərbaycan Amerikanın hansı tələbini yerinə yetirmir ki, ABŞ-nin xoşuna gəlməsin?”

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
24
konkret.az

1Источники