RU

“Bavariya”nın futbolçusu ingilislərin “radar”ında

“Bavariya”nın futbolçusu Leroy Sane karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə italiyalı insayder Nikolo Skira məlumat yayıb. Premyer Liqanın bir neçə klubu alman vingerlə yaxından maraqlanır.

Sanenin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayına kimidir. İngiltərə klubları gələn yay onu azad agent kimi heyətinə qatmaq istəyir.

28 yaşlı oyunçu bu mövsüm Bundesliqada 2 matçda meydana çıxıb.

Избранный
15
futbolpress.az

1Источники