RU

Nepalda rusiyalı alpinist qrupu həlak olub

Rusiyadan olan bir qrup alpinistin cəsədləri Nepalda Dhaulagiri dağının ətrafında tapılıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya alpinist icmasının nümayəndəsi Anna Piunova sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, qrupda beş nəfər olub, onlardan biri özünü pis hiss edib və aşağıda yerləşən düşərgəyə enib.

“Bu səhər bir yıxılma olub. Valera Şamalo 6100 hündürlükdəki düşərgədən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Oğlanlar tapılıb. Bağ qopub, hamısı ölüb”, - Piunova bildirib.

Qeyd edək ki, Nepal dağları dünyanın hər tərəfindən gələn alpinistlərin ən çox fəth etmək istədiyi yerdir və hər il bu yerlərdə onlarca bədbəxt hadisə baş verir.

Musavat.com

Избранный
15
musavat.com

1Источники