RU

Fransa Ukraynaya “Mirage 2000” qırıcıları verəcək

“Fransa Ukraynaya “Mirage 2000” qırıcı təyyarələri tədarük edəcək, onlar transferdən əvvəl yeni avadanlıqlarla təchiz ediləcək”.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu məlumat yayıb.

O, bildirib ki, modernləşdirilmiş təyyarə 2025-ci ilin birinci yarısında təhvil verilməyə hazır olacaq.

Onun sözlərinə görə, modernləşdirmə əməliyyatı Jirondedəki Kazo bazasında aparılır.

"Məqsəd onları hava-yer döyüş qabiliyyətləri ilə təchiz etmək və onların elektron müharibə sistemini gücləndirməkdir. Lakin ən mühüm aspekt Nensidə davam edən pilotların və mexaniklərin hazırlığıdır", - deyə Lekornu vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

 

Избранный
14
missiya.az

1Источники