RU

Şuşada Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolu imzalanacaq - Teymur Musayev

"Bu gün səhiyyə sahəsində münasibətlərin dərinləşməsinə və gələcək birgə fəaliyyətlərin inkişafına təkan verəcək ikitərəfli sənədlərin və Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolunun imzalanmasına şahidlik edəcəyik".

Day.Az xəbər verir ki, bu fikirləri Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasının açılışında çıxış edən Azərbaycan səhiyyə naziri Teymur Musayev deyib.

"TDT-na üzv və müşahidəçi ölkələrinin Vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətimizin əsas istiqamətləri hesab edirik", - deyə Azərbaycan səhiyyə naziri əlavə edib.

Избранный
9
10
day.az

10Источники